İRANDAN NOTA! - MÜHARİBƏ ZƏNGLƏRİ ÇALINIR...
14-04-2018, 01:03

İran ordusu Quru Qüvvələrinin komandirindən Səudiyyə Ərəbistanına nota: “Bizi sınamayın!”
Hurriyyet.org xəbər verir ki, İran ordusunun Quru Qüvvələrinin komadiri Əmir Kiyumers Heydəri cümə namazından əvvəl verdiyi açıqlamada deyib: “Bizi – İran ordusu və İnqilab Keşikçilərini yenidən sınamağa çalışaraq axmaqlıq eləməyin. Çünki artıq bizi təhdid elədiyiniz dövrlər geridə qaldı”. O, sözünə davam edərək deyib: “İnqilab baş verdiklən sonra, hökumətin yeni qurulmuş olmasına rəğmən, İrana qarşı savaşınızda uğur qazana bilmədiniz. Bu gün, İranın müxtəlif sahələrdə inkişaf edib irəlilədiyi dövrdə isə bizə heç nə edə bilməzsiniz. Səudiyyə ailəsi liderləri İrana qarşı mübarizə edə biləcəklərini düşünürlər. Səyləri nəticəsiz qalacaqdır”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının gənc vəliəhd şahzadəsi Məhəmməd bin Salman son açıqlamalarında İran rəhbərliyini hədəfə alaraq, İranın ali dini lideri Ayətullah Xamaneini Hitlerə bənzətmişdi. Bundan başqa, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Parisə 2 günlük səfəri dövründə İranın atom bombası əldə eləməyə çalışdığını, yaraqlıları silahlandırdığını və regionda qeyri-sabitliyə səbəb olaraq beynəlxalq qanunları pozduğunu və İrana qarşı durmağın lazım gəldiyini bildirən bəyanat yaymışdı.