Tacikistan prezidentini daşıyan helikopter dağlarda itib

14-04-2018, 10:45           

Tacikistan lideri Emomali Rəhmonun olduğu helikotper üç saat müddətinə Varzob dağ dərəsində itib.

Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik-Tacikistan” məlumat yayıb.

İnsident martın 28-də baş verib. Tacikistanlı dövlət başçısı Novruz şənliyindən iştirak etmək üçün Pəncikənt bölgəsinə yollanıb, ancaq o, təyin olunmuş vaxtda gəlib çıxmayıb.

Məlum olub ki, pilot əlverişsiz hava şəraiti ilə əlaqədar plandankənar eniş etmək qərarına gəlib.

Hadisənin şahidi olmuş “Cumhuriyyət” qəzetinin jurnalisti yolların təmiri üçün nəzərdə tutulan dərədən eniş meydançası kimi istifadə olunduğunu bildirib.

“Həmin meydançanın ətrafında indiyədək yol fəhlələrinin sığınacağı kimi xidmət göstərən iki gil və taxtadan tikilmiş daxma var idi.

Yerli sakinlər qısa bir zamanda helikopterin dövrəsinə toplaşdılar. Bir qadın yolu azmış qonaqlara kökə və isti çay gətirdi”, - deyə jurnalist bildirib.

Bir neçə saatdan sonra Rəhmon Varzob rayon icra hakimiyyəti başçısının avtomobilində yoluna davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru