“Heç bir raket və təyyarəmiz vurulmayıb”- Pentaqon

14-04-2018, 20:46           

“Amerikalı hərbçilərin Suriyaya atdığı “Tomahawk” raketlərinin heç biri problemlə qarşılaşmayıb”.

APA-nın xəbərinə görə, bunu Pentaqonda keçirilən xüsusi brifinqdə ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahlar Komitəsinin nümayəndəsi, general-leytenant Kennet Makkenzi deyib.

O, bütün raketlərin hədəfə çatıb-çatmadığı və texniki çatışmazlıqların yaranıb-yaranmadığı haqda suala cavabında “Tomahawk”ların hər hansı probleminin olmadığını söyləyib.

K. Makkenzi əməliyyat zamanı Suriyadakı Rusiya hava hücumundan müdafiə vasitələrinin işi haqda məlumata malik olmadıqlarını vurğulayıb: “Bizim heç bir raketimiz və təyyarəmiz Suriya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmayıb. Rusiya sistemlərinin işə salındığı haqda məlumata malik deyilik. Suriya rejimi tərəfindən 40-a yaxın “yer-hava” raketi buraxılıb, lakin bunların əksəriyyəti bizim zərbələrimiz başa çatdıqdan sonra baş verib. Görünür, rejim bu raketlərin bir çoxunu ballistik trayektoriya üzrə, yəni hədəf göstərilmədən buraxıb. Rejimin bu səyləri onun xalqı üçün riskləri artırırdı, çünki raketi havaya hədəfsiz buraxırsansa, o harasa düşəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru