BMT TŞ toplantısı başa çatdı: Rusiyanı məyus edən nəticə
14-04-2018, 23:53
Rusiya ABŞ, Frans və Britaniyanın Suriyanı vurması ilə bağlı BMT-nin təcili toplantısını çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Xatırladaq ki, ABŞ, Fransa və Britaniya bu gecə Suriyadakı hərbi obyektlərə aviazərbələr endirib.
***
Rusiya BMT Təhlükəsizlik Şurasından ABŞ və müttəfiqlərinin beynəlxalq hüquq normalarının pozulması iddiaları ilə bağlı onları qınayan qərar verməyi tələb edib.
Sputnik qeyd edib ki, layihədə Suriyaya qarşı təcavüzkar mövqeyə dərhal son qoyulması və gərginliyi artıracaq hər hansı hərəkətə yol verilməməsi də qeyd olunub.
İclasda çıxış edən BMT Baş katibi Antonio Quterreş Şuraya üzv ölkələri Suriyadakı gərginliyi artıran addımlarından çəkinməyə çağırıb.
Rusiyanın BMT-dəki daimi mümayəndəsi Vasili Nebenzya isə ABŞ-ın Suriyadakı hərəkətləri ilə fəlakəti daha da artırdığını və terrorçulara göz yumduğunu söyləyib.
***
Rusiyanın qətnaməsi qəbul edilməyib.
İclasda qərarın qəbul edilməsi üçün lazım olan 9 müsbət cavab əldə edilməyib.