Skripalın zəhərlənməsində istifadə edilən maddənin mənbəyi açıqlandı

15-04-2018, 00:32           

Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatın nümunələrini analiz edən İsveçrənin Təhqiqat Mərkəzinin məlumatına görə, Solsberidə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsində "BZ" maddəsindən istifadə edilib. Bu maddə ABŞ və Britaniyada istehsal edilir.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə siyasəti üzrə Məsləhət Şurasının iclasında deyib.

Rusiyanın XİN başçısı qeyd edib ki, bu maddə Rusiyada və SSRİ-də hazırlanmayıb.

Nazir bildirib ki, Moskva məxfilik şəraitində İsveçrənin Radioloji Mərkəzindən Solsberi təhqiqatına dair analizin nəticələrini alıb. Təhqiqat Şpiç şəhərində aparılıb. Lavrov qeyd edib ki, bunlar Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatın xətti ilə Solsberidə, hadisə yerindən götürülən və təşkilatın mütəxəssisləri tərəfindən göndərilən nümunələrdir.

Onun sözlərinə görə, isveçrəli mütəxəssislər təhqiqatı martın 27-də başa çatdırıblar.
TEREF.İNFO OLARAQ BİLDİRMƏK İSTƏYİRİK Kİ, BU AÇIQLAMANI HƏLƏLİK HEÇ BİR RƏSMİ MƏNBƏ TƏSDİQLƏMƏYİB VƏ BU ANCAQ RUSİYA TƏRƏFİNİN AÇIQLADIĞI XƏBƏRDƏN BAŞQA BİR ŞEY DEYİL!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.