Rus raketləri niyə işə düşmədi? – ABŞ-dan açıqlama

16-04-2018, 07:28           

Suriya ərazisinə zərbə zamanı Rusiyanın hava hücumundan müdafiə sistemlərinin heç bir aktivliyi müşahidə edilməyib.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komistəsinin Siyasi və Strateji Planlaşdırma İdarəsinin rəhbəri Kennet Makkenzi deyib. Onun sözlərinə görə, hücum zamanı Moskva ilə Vaşinqton arasında heç bir razılaşma olmayıb, amma tərəflər konfliktdən yayınmaq üçün xüsusi xətt vasitəsilə əlaqədə olublar.

O, Suriyanın hava hücumundan müdafiə sistemlərinin heç bir ABŞ təyyarəsi və raketini vura bilmədiyini deyib:

“Suriyalılar ABŞ ordusuna qarşı 40 ədəd yer-hava tipli raket buraxıb. Bu raketlər ABŞ əməliyyatlarını bitirdikdən sonra havaya buraxılıb”.

Qeyd edək ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi ABŞ, Fransa və Britaniyanın Suriyaya 103 raket atdığını, bu raketlərdən 71-nin vurulduğunu açıqlayıb. ABŞ isə atılan 105 raketin hədəfə çatdığını bildirib. /eurasiadiary.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru