6 bal gücündə zəlzələ oldu - İndoneziyada 16-04-2018, 07:50 İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ olubUnikal.org xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.Yeraltı təkanların episentri Ternate adasından 88 km şimal-qərbdə, ocağı 60 km dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Facebook-da paylaş