İsrail ordusu HƏMAS-ın mövqeyinə zərbə endirib 18-04-2018, 07:31 İsrail ordusu hərbçilərin atəşə tutulmasına cavab olaraq HƏMAS hərəkatının mövqeyinə zərbə endirib.Trend-in verdiyi xəbərə görə, İsrail KİV-ləri bundan əvvəl İsrail ordusunun patruluna Qəza zolağının cənubunda atəş açıldığı barədə məlumat yayıb.Məlumata əsasən, incident nəticəsində hərbçilərdən xəsarət alan olmayıb.Buna cavab olaraq İsrail tanklarının HƏMAS-ın müşahidəçi məntəqəsini atəşə tutduğu bildirilir. Facebook-da paylaş