İranın dövlət idarələrində "Whatsapp" və "Messenger" qadağan edildi

18-04-2018, 23:43           

İranda xarici mesaj proqramları qadağan edilib.

İKT.lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə yerli mətbuat orqanları xəbər yayıb. İran Strateji İdarəetmə Mərkəzi sədri Rza Cəvahiri dövlət idarələrində xarici mesajlaşma vasitələrindən istifadənin qadağan olunması barədə qərar verildiyini bildirib. Bu gündən etibarən artıq İranda yerli mesajlaşma vasitələrindən istifadə olunacaq.

Artıq İranda "Whatsapp", "Messenger" və digər sosial proqramlarla yanaşı, İranın ən məşhur mesaj proqramı sayılan "Telegram"ın alternativi "Soroush" proqramı istifadəyə verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında İranın dini lideri Ayətullah Xamenei öz "Telegram" hesabını bağladığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru