Karen Pirs: “Noviçok”un istehsalı üçün resurslara yalnız Rusiya malikdir”
19-04-2018, 08:56
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) Solsberi şəhərində “Noviçok” adlı kimyəvi maddədən istifadə edildiyini təsdiqləyib.
APA-nın "112 ua"-ya istinadən verdiyi məlumatına görə, bunu Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirs TŞ-da “Skripalın işi” üzrə keçirilən iclasda bəyan edib.
“Noviçok”un istehsalı üçün motiv və resurslara yalnız Rusiya malikdir. Rusiya əvvəllər də bu kimyəvi silahı istehsal edib, bu gündə imkanı var. Solsberidə baş verən hadisəyə görə rəsmi Moskva məsuliyyət daşıyır”, deyə K.Pirs qeyd edib.
Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.
Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb.