Buzqıran sualtı qayığın görüntüsü yayılıb

20-04-2018, 00:02           

İnternetdə ABŞ-ın “USS Hartford” sualtı qayığının Arktikada qalın buz təqəbəsini dələrək, səthə çıxmasını əks etdirən görüntü yayılıb.

Oxu.Az xəbər verir ki, sınaq təkçə bayırdan deyil, eyni zamanda sualtı gəminin içindən lentə alınıb. Kadrlarda sualtı qayığın sükan məntəqəsinə toplaşmış ekipaj üzvlərini görmək olur.

Buz təbəqəsinin kifayət qədər qalın olmasına baxmayaraq, ekipaj üzvləri toqquşmanı demək olar ki, hiss etmir.

Əməliyyatın “Ice Exercise” (Buz təlimi) adlı hərbi təlimlər çərçivəsində həyata keçirildiyi bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru