Mühərriki partlayan təyyarəni xilas etdi, qəhrəman pilot adını aldı...

20-04-2018, 01:19           
Mühərriki partlayan təyyarəni xilas etdi, qəhrəman pilot adını aldı...
ABŞ-da mühərriki partlayan təyyarəni yerə çırpılmaqdan xilas edən keçmiş döyüş pilotu Tammie Jo Shults adlı qadın “Qəhrəman pilot” elan edilib.

Moderator.az xəbər verir ki, ABŞ-da mühərriki partladığı üçün təcili eniş etmək məcburiyyətində qalan təyyarəyə aid yeni təfərrüatlar ortaya çıxıb. Uçuş zamanı təyyarənin təxminən 10 min metr yüksəklikdə mühərrikində partlayış meydana gəlib və 4 min metr yüksəkliyə qədər sərbəst düşən təyyarə qadın pilot tərəfindən yenidən uçmağı bacararaq Filadelfiya şəhərində təcili eniş edib.

Keçmişdə F-15 döyüş təyyarələri üzrə uçuş təcrübəsi olan Shults hadisədən sonra Amerikan mediası tərəfindən "qəhrəman" elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru