Sarqsyan: "Hadisələrin necə inkişaf edəcəyini başa düşmək çətindir"

20-04-2018, 08:44           
Sarqsyan: "Hadisələrin necə inkişaf edəcəyini başa düşmək çətindir"
"Hadisələrin necə inkişaf edəcəyini başa düşmək çətindir".

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin sabiq prezidenti, yeni baş nazir Serj Sarqsyan deyib.

O, bildirib ki, ölkə Konstitusiyasına əsasən parlament buraxılıb. "Bəs yeni parlamenti kim formalaşdıracaq? Həmin 20-30 (aksiyaçıları nəzərdə tutur-red) nəfər? Kim? Seçkilər necə keçiriləcək? Hansı metodlarla? İnsanların evlərinə güc yolu ilə soxulub onları seçki məntəqələrinə gətirməklə və səs verməyə məcbur etməklə?", - deyə baş nazir yerli telekanallardan birinə müsahibəsində bildirib.

Serj Sarqsyanın sözlərinə görə, hansısa bir ölçüdə mitinq edənlərin hədəfləri ona aydındır: "Onlar baş naziri seçməli olan parlamentin iclasını dağıtmaq istəyirdilər. Amma iclas olub".

«İndi nəyə nail olmaq istəyirlər? Binaya gəlməyə və ölkəni idarə etməyə? Fərz edək, onlar hansısa bir anda buna müvəffəq oldular. Bəs kim onları tanıyacaq? Onlar ki, qeyri-qanuni hakimiyyət olacaqlar? Serj Sarkisyan qeyri-qanuni, xalqı qıcıqlandıran olacaq, amma onlar qanuni, xalqı sakitləşdirən?", - deyə o, suallar verib.

Sarqsyan təəssüflə bildirib ki, Ermənistan bir dəfə bu ağır yolu keçib. "Əgər ikinci dəfə istəyirlərsə, mən nə deyə bilərəm?", - deyə o əlavə edib. Baş nazir bildirib ki, hüquq-mühafizə orqanları da belə təcrübəyə malikdirlər.

Onun fikrincə, etirazçıların böyük hissəsi aksiyaya maraq xatirinə qoşulurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru