ABŞ-a cəhənnəm yaşadan şəxs Suriyada yaxalandı

20-04-2018, 12:36           
ABŞ-a cəhənnəm yaşadan şəxs Suriyada yaxalandı
Əl-Qaidənin 11 sentyabr 2001-ci ildə ABŞ-da Dünya Ticarət Mərkəzi və Pentaqonda törədilən terror aktlarını planlaşdıran şəxslərdən biri Suriyada yaxalanıb.

Axar.az xəbər verir ki, bu barədə Pentaqondan informasiya yayılıb.

Suriyada doğulan Almaniya vətəndaşı Məhəmməd Heydər Zəmmar adlı terrorçunu Suriya Demokratik Qüvvələri yaxalayıb.

Qeyd edək ki, Suriyada 2007-ci ildə həbs edilən, daha sonra ölkədə vəziyyətin gərginləşməsindən istifadə edərək həbsxanadan qaçan Zəmmarın İŞİD-ə qoşulduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru