Avropa Məhkəməsindən Avropadakı kilsələrlə bağlı SƏRT QƏRAR

21-04-2018, 00:00           

Avropa Məhkəməsinin qərarı ilə Avropada kilsə bir az da küncə sıxışdırılıb. AzEuroNews.com xəbər verir ki, həmin qərara əsasən dini təşkilatlar öz işçilərinə, yaxud iş üçün müraciət edənlərə konkret hansısa dini inanca sahib olmağı tələb kimi qoya bilməzlər. İndiyə qədər kilsələr bu cür tələbləri qoymaqda, işçilərindən dini inanclarını açıqlamağa məcbur etməkdə sərbəst idilər.

2012-ci ildə Almaniyada protestantlara məxsus “Diakonie” təşkilatının diskriminasiya ilə bağlı layihəsində çalışmaq üçün CV göndərən bir xanıma kilsənin üzvü olmadığına görə neqativ cavab verilib. Yəni xanımın özü diskriminasiyaya məruz qalıb. İş gedib Avropa məhkəməsinə çıxıb. Məhkəmə yuxarıda qeyd etdiyimiz qərarı çıxarıb.

Almaniyada kilsələrin və kilsəyə məxsus qurumların 1,3 milyon işçisi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru