Makron: “İrana dair yeni saziş əvvəlkindən daha geniş olacaq”

25-04-2018, 08:19           

İrana dair yeni saziş əvvəlkindən daha geniş olacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron ABŞ-da amerikalı həmkarı Donald Trampla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz razılaşmanı ləğv etmirik. Biz yeni, daha geniş saziş hazırlayacağıq”, - deyə E.Makron qeyd edib.



Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair Birgə Fəaliyyət Planı 2015-ci ilin iyulun 14-də Vyanada imzalanıb. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə BMT TŞ, ABŞ və Aİ-nin tətbiq etdiyi sanksiyalar tədricən ləğv edilir.

D.Tramp sazişlə əlaqədar dəfələrlə narazılığını bildirib və düzəlişlər edilməyəcəyi təqdirdə ABŞ-ın razılaşmadan çıxacağını bildirib.



Bundan sonra ABŞ, Britaniya, Fransa və Almaniya bu ilin yanvarında İranla sövdələşməyə dair əlavə razılaşmanın hazırlanması üçün birgə qrup yaradıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru