«Kim Çen In təmiz və açıq adamdır» – Donald Tramp

25-04-2018, 08:41           
«Kim Çen In təmiz və açıq adamdır» – Donald Tramp
Saytın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp çərşənbə axşamı bəyan edib ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In «çox açıq və təmiz» adamdır. Bu barədə xəbəri Amerikanın «NBS News» telekanalı yayıb.
Bndan əvvəl isə o, Şimali Koreya liderini «psix» adlandırmışdı.

«Gördüklərimizdən belə çıxır ki, Kim Çen In özünü çox açıq və təmiz aparır» – deyə, ABŞ Prezidenti bəyan edib.

Prezident bu bəyanatı KXDR və Cənubi Koreya liderləri arasında aprelin 27-də baş tutacağı gözlənilən sammit ərəfəsində, həm də Inla Trampın özü apasında görüşə hazırlıq (mayın axırı-iyunun əvvəli) fonunda səsləndirib.
Bundan əvvəl, Pxenyan və Vaşinqton arasında aktiv diplomatik qarşıdurma zamanı ABŞ Prezidenti dəfələrlə Kim Çen Inı «manyak və sərsəm», «kiçik raket-insanciyəz» adlandırıb.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru