Çin polisi 1,3 ton kokain müsadirə edib

25-04-2018, 09:01           
Çin polisi 1,3 ton kokain müsadirə edib
Çinin hüquq-mühafiqə orqanları ölkənin cənubundakı Quandun vilayətinin Şençjen şəhərində 1,3 ton kokain müsadirə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi bildirib.

Qeyd edilir ki, kokainin ümumi qiyməti 1 milyard Çin yuanına (təxminən 160 milyon ABŞ dolları - red) bərabərdir. Faktla bağlı 10 nəfər saxlanılıb.

Ölkədə narkotik maddələrin ticarətinə son qoyulması istiqamətində geniş əməliyyata 2017-ci ilin iyulunda başlanılıb. Əməliyyatlar 8 aydan çoxdur davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru