Ermənistan ayağa qalxdı: Etirazlar davam edir - Canlı
25-04-2018, 13:25

Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorda da etirazlar başlayıb. Etirazların əsas aparıcı qüvvəni Vanadzor Dövlət Universitetinin tələbələridir.
***
Nikol Paşinyan öz Feysbuk səhifəsində Avropa Birliyinin Ermənistandakı səfirləri ilə görüşdüyünü bəyan edib. O, yaxın zamanlarda Rusiya və ABŞ-ın Ermənistandakı səfirləri ilə də görüşəcəyini yazıb.
***
Nikol Paşinyan Karen Karapetyanın son açıqlamasına cavab verib.
O, heç bir halda Respublika Partiyasının rəhbərliyi altında növbədənkənar seçkiyə getməyəcəklərini deyib. Paşinyan belə bir təcrübəni 2017-ci ildə yaşadıqlarını bildirib:
“İnqilab göstərdi ki, Respublika Partiyası Ermənistanda hökm edə bilməz. Serj Sərkisyan istefaya getdi, amma Respublika Partiyası hələ də hakimiyyətdədir”.
O, Sərkisyanın Ermənistanı kölgədən idarə etmək istədiyini deyib.
***
İrəvanda Mərkəzi Bank etirazçılar tərəfindən mühasirəyə alınıb. Etirazçılar xüsusi texnikanın Mərkəzi Bankın gətirilməsinə maneə yaradırlar.
***
Ermənistanın İrs Partiyası tərəfdarlarını İrəvandakı etiraz aksiyalarına qoşulmağa səsləyib. Məşhur erməni iş adamı Qagik Çarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyası da analoji bəyanatla çıxış edib.
Hazırda Ermənistanın ana müxalifəti Çarukyan Bloku sayılır. Blok parlamentdə 31 deputata sahibdir.
***
İrəvanda Respublika meydanında etiraz aksiyalarına start verilib.
Artıq etirazçılar meydana axın etməyə başlayıb.
Qeyd edək ki, Ermənistan Baş nazir əvəzi Karen Karapetyan ötən gün müxalifət lideri Nikol Paşinyanla bu gün saat 11:00-a təyin edilən görüşdən imtina etdi. Bundan sonra Paşinyan bu gün saat 11:00-a xalqı vətəndaş itaətsizliyinə və mitinqə çağırdı./Axar.az/