İŞİD-in topladığı sərvətin həcmi açıqlandı

25-04-2018, 23:07           

İŞİD qruplaşmasının 3 milyard avro sərvətə malik olduğu bildirilir. Modern.az xəbər verir ki, bu barədə Fransanın Europe 1 telekanalı açıqlama verib.

Jurnalistlərin araşdırmasına əsasən, qruplşama İraq və Suriyanı işğalda saxladığı illər ərzində 3 milyard avroya qədər sərvət toplayıb və bu göstərici ilə dünyanın ən zəngin qruplaşmasıdır.

Europe 1 qeyd edir ki, nüfuzunun ən yüksək vaxtında qruplaşma İraqda taxıl istehsalının 40%-ni və Suriyada isə pambıq istehsalının isə 80%-nə nəzarət edib. Təbii ki, qruplaşmanın əsas gəlir mənbəyi neft yataqları olub.

İŞİD darmadağın edilməzdən əvvəl, öz investisiyalarını Türkiyə, Yaxın Şərq və İraqdakı ayrı-ayrı şəxslərin adına keçirib.

Buna görə, Avropa təhlükəsizlik xidmətinin əməkdaşları Parisə toplaşaraq terrorizmin sponsorluğuna qarşı iclas olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru