Cənubi Koreya və KXDR liderlərinin görüş vaxtı məlum olub
26-04-2018, 08:28
Cənubi Koreyanın prezidenti Mun Çje İn və KXDR-in rəhbəri Kim Çen In arasında görüş aprelin 27-si, yerli vaxtla saat 09:30 başlayacaq.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi-demarkasiya xəttində görüşən liderlər daha sonra Cənubi Koreya milli qvardiyaçıların müşayiəti ilə danışıqların keçiriləcəyi məkana yollanacaqlar.
Görüşün yekunları üzrə birgə sənədin imzalanacağı gözlənilir.