Ermənistanda daha üç nazir istefa verdi

26-04-2018, 17:15           

Ermənistanda Daşnaksütun Partiyasından olan üç nazir və 2 qubernator istefa verib.

Lent.az xəbər verir ki, şəhərsalma və inkişaf naziri David Lokyan, təhsil naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, həmçinin Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotn vilayətinin qubernatoru Aşot Simonyan istefa verdiklərini bəyan edib.
Qeyd edək ki, Ermənistanda Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən vətəndaş itaətsizliyi davam edir.

Yelk (Çıxış) fraksiyasının rəhbəri bütün sürücüləri yerli vaxtla 12:05 radələrində avtomobilləri dayandırıb yolları bağlamağa səsləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru