"Karen məndən qorxursa, Əliyevlə necə danışacaq"

27-04-2018, 14:05           
"Karen məndən qorxursa, Əliyevlə necə danışacaq"
Nikol Paşinyan Karen Karapetyanla görüşməli olduğu “Mariot” otelə gəlib.

Axar.az xəbər verir ki, Paşinyan burada jurnalistlərin suallarını cavablandırmağa başlayıb.

Qeyd edək ki, Karapetyan az öncə Paşinyanla görüşdən imtina edib.

***

Mətbuat konfransında Paşinyan deyib ki, bu gün aksiyalar Gümrüdən başlayıb: "İndi Gümrüyə dönməyimiz simvolik aktdır. Bütün aksiyalar iki günlük dayanır. Səbəb insanların istirahət etməsidir”.

***

Nikol Paşinyan yeni aksiyalarla bağlı çıxış edib:

“Ermənistanın bütün əhalisini mayın 1-də 08:00-da bütün küçələri doldurmağa səsləyirəm. Ümid edirəm ki, Daşnaksütyun və Çiçəklənən Ermənistan Partiyası mayın 1-nə qədər mövqelərini dəqiq müəyyən edəcəklər”.

O, Karapetyanın görüşə gəlməməsinə də aydınlıq gətirib:

“Karapetyan danışıqları aparan şəxs kimi gücünə əmin deyil. Əgər o özünə əmin deyilsə, Qarabağla bağlı danışıqları necə aparacaq?

Rusiya Ermənistanın daxili işlərinə müdaxilə etməyəcək. Dəfələrlə demişəm ki, bu aksiyanın geosiyasi konteksti yoxdur. Nalbəndyanın Moskvada nələri müzakirə etdiyini bilmirəm. Yəqin ki, görüntü yaratmaq istəyirlər ki, guya hakimiyyətə xaricdən dəstək var”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru