Süni intellektli maşınlar dövrü gəlir

27-04-2018, 21:18           
Süni intellektli maşınlar dövrü gəlir
Amerikalıların 66 faizi hesab edir ki, 2036-cı ilə süni intellektlə təchiz edilmiş maşınlar dövrü artıq real olacaq.

teref.az "ictnews.az” saytına istinadla xəbər verir ki, "Google”, "Uber”, "Apple”, "Tesla” və Çinin "Baidu” şirkəti kimi informasiya texnologiyaları nəhəngləri sürücüsüz avtomobillərin hazırlanması üzərində çalışırlar.

ABŞ-ın "Business Insider” nəşrinin qiymətləndirməsinə görə, 2020-ci ildə artıq 10 milyon sürücüsüz maşın yollarda hərəkət edəcək. "Ağıllı" avtomobilin dəyərinin azalması, həmçinin sürücüsüz nəqliyyatın tətbiqini nizama salan qanunların qəbulu bu bazarın inkişafını təmin edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru