Paşinyan Qarabağdan danışdı

28-04-2018, 00:08           

Müxalifət hakimiyyətə gəlsə belə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü qalacaq.

Bunu Yerevandakı etiraz hərəkatının lideri, erməni deputat Nikol Paşinyan mitinqdə etdiyi çıxışda bildirib.

"Ermənistan KTMT tərkibində qalacaq, buna zamin dururam... Bu Ermənistanın milli maraqlarına cavab verir.

Biz bunun üzərində işlər aparacağıq, bu təşkilatın daha effektiv olmasına və Ermənistan və Qarabağın təhlükəsizliyi üçün əlavə zəmanətlər verməsinə nail olmağa çalışacağıq”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, hərəkat Rusiyaya qarşı düşməncəsinə köklənməyib və hakimiyyətə gələcəyi təqdirdə ölkəni qeyri-səmərəli avantüra yoluna sürükləməyəcək.

O, eyni zamanda Ermənistanın Avropa İttifaqı və Avrasiya iqtisadi ittifaqı qarşısında götürdüyü öhdəliklərə sadiq qalacağını bildirib.

///Oxu.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru