Britaniyada ildırım zamanı yerə naməlum predmet düşüb - VİDEO

28-04-2018, 09:30           
Britaniyada ildırım zamanı yerə naməlum predmet düşüb - VİDEO
Britaniyada ildırım çaxması zamanı yerə naməlum predmet düşüb.

"Report" xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.

Nəşr görüntünü əks etdirən videonu da paylaşıb. "Mən heç vaxt belə ildırım görməmişdim və heç vaxt görməmişdim ki, Yerə belə bir şey düşsün", - deyə naməlum predmetin videogörüntüsünü lentə alan şəxs deyib. O, bildirib ki, həmin predmetin nə olduğunu anlamır.

Videonu şəbəkədə müzakirə edən istifadəçilərdən biri bildirib ki, kameranın obyektivinə düşən quşdur. Lakin digər şəxslər buna etiraz ediblər. Onlar deyiblər ki, naməlum predmet quşdan çox böyükdür.

Bundan əlavə, "The Daily Mail" qeyd edib ki, görüntü 2005-ci ildə lentə alınan, yadplanetlilərin Yerə enməsini əks etdirən "Dünya müharibəsi" filminin səhnəsini xatırladır.
[media=https://www.youtube.com/watch?v=ZFKTH4mGKss]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru