Putin qeydlər götürdü, ancaq öz yazdığını oxuya bilmədi - Video
28-04-2018, 10:05
Rusiya Prezidenti Vladimir Putin iclaslardan birində yazdıqlarını oxuyarkən maraqlı anlar yaşanıb.
Axar.az xəbər verir ki, Putin qanunvericilik şurasının üzvləri ilə görüşü zamanı çıxış edənlərin fikirlərini qeydə alıb. Ancaq daha sonra Putin yazdıqlarını oxumaqda çətinlik çəkdiyini söyləyib.
"Çox qarışıq yazdım, indi özüm oxuya bilmirəm. Bir sıra maraqlı təkliflər var idi", - Putin qeyd edib.