Kim Çen In nüvəsizləşdirmə proqramını təqdim etməyə hazırdır

29-04-2018, 11:59           
Kim Çen In nüvəsizləşdirmə proqramını təqdim etməyə hazırdır
KXDR lideri Kim Çen In Koreya yarımadasının nüvəsizləşdirilməsinə nail olmağa yardım etmək üçün proqram təqdim etməyə hazırdır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo ABC telekanalına müsahibəsində deyib.

"Bizim aramızda ölkələrimizin qarşılaşdığı daha çətin problemlər barəsində davamlı söhbətlərimiz olub", — deyə telekanal Pompeonun sözlərini sitat gətirib.

Dövlət katibi bildirib ki, ABŞ administrasiyasının məqsədi "tam, etibarlı, geri qaytarılmaz nüvəsizləşdirilmə"dir.

"O, bizə bu məqsədə nail olmağa kömək edəcək plan təqdim etməyə hazır olduğunu bildirib. Bunu edib-etməyəcəyimizi yalnız zaman göstərəcək", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru