Tramp Netanyahu ilə İranın Yaxın Şərqdəki addımlarını müzakirə edib

30-04-2018, 07:45           
Tramp Netanyahu ilə İranın Yaxın Şərqdəki addımlarını müzakirə edib
ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ rəhbəri İsrailin baş naziri ilə İranın Yaxın Şərqdəki addımlarını müzakirə edib.

"Liderlər Yaxın Şərqdəki təhdidləri və çağırışları, xüsusən İran rejiminin sabitliyi pozan hərəkətləri ilə yaranmış problemləri müzakirə ediblər", - deyə məlumatda bildirilir.

Daha əvvəl Netanyahu bildirib ki, İranın nüvə silahı əldə etməyə can atması dünya üçün "böyük təhdiddir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru