Səudiyyə Ərəbistanının milli neft şirkətinin rəhbərliyində ilk dəfə qadın təmsil olunub

30-04-2018, 07:46           
Səudiyyə Ərəbistanının milli neft şirkətinin rəhbərliyində ilk dəfə qadın təmsil olunub
Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun Direktorlar Şurasında ilk dəfə qadın təmsil olunub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, bu, ABŞ-ın "Sunoco" neft və neft-kimya şirkətinin keçmiş baş direktoru və prezidenti Linn Elsenhansdır.

"Forbes" isə qeyd edib ki, Elsenhans iri neft şirkətinin ilk qadın rəhbəridir. O, 2011-ci ildə planetin ən nüfuzlu qadınları arasında 46-cı yeri tutub.

Bundan 1 il əvvəl – 2010-cu ildə isə "Financial Times" onu biznesdə ən uğurlu qadınların dünya reytinqində 36-cı elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru