İranın daha bir şəhəri ayağa qalxdı – Gecə saatlarına qədər etiraz /Video

21-07-2018, 20:30           
İranın daha bir şəhəri ayağa qalxdı – Gecə saatlarına qədər etiraz /Video
İranın Şiraz şəhərində su və işıqların tez-tez kəsilməsindən təngə gələn əhali küçələrə axışıb.

Teleqraf.com xəbər verir ki, onlar insanların isti hava şəraitində sudan və elektrikdən məhrum qalmasına və yerli məmurların səriştəsizliyinə qarşı etiraz aksiyası keçiriblər.

Dünən axşam saatlarında Şirazda yolları bağlayan etirazçılar, avtomobillərin hərəkətinə mane olaraq, yerli məmurları şəhərdə yaranmış ağır vəziyyətə görə cavabdeh olmağa çağırıblar. Gecə saatlarına qədər davam edən dinc aksiyada, etirazçılar rəsmilərin ölkə vətəndaşlarının durumuna laqeyd qalmasına qarşı şüarlar səsləndiriliblər. Etirazlarda mümkün həbslərin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, son həftələr İranın bir neçə şəhərində, o cümlədən də Borazcan, Xürrəmşəhr, Əhvaz, Abadan, Şadqan və İsfahanda su qıtlığından, həmçinin, vaxtaşırı əhaliyə çirkli suyun verilməsindən əziyyət çəkən on minlərlə insan küçələrə axışaraq hökumətə qarşı şüarlar səsləndiriblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru