Rusiyada məmurlara sosial şəbəkələrlə bağlı ciddi tapşırıq

24-07-2018, 07:53           
Rusiyada məmurlara sosial şəbəkələrlə bağlı ciddi tapşırıq
Rusiya Prezidentinin Administrasiyası ölkə regionlarının hakimiyyət orqanlarına tapşırıq verib ki, vətəndaşların sosial şəbəkələrdə qeyd etdikləri şikayətlərə operativ reaksiya verilsin.

Virtualaz.org xəbər verir ki, bunun üçün məmurlara bir sutka vaxt verilir.

Məmurların işinin asanlaşdırılması və bütün sosial şəbəkələrdə yazılan qeydlərin toplanması üçün dövlət tərəfindən xüsusi monitorinq sistemi yaradılıb.

Əhalinin şikayətlərinə operativ cavabların verilməsi işinin kurasiyası Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya həvalə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.