İnflyasiya ilin sonuna kimi 1 milyon faizə çatacaq – Ölkə UÇURUMA GEDİR

24-07-2018, 08:11           
İnflyasiya ilin sonuna kimi 1 milyon faizə çatacaq – Ölkə UÇURUMA GEDİR
Venesuelada 2018-ci ilin sonunda inflyasiyanın səviyyəsi 1 milyon faiz olacaq.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Valyuta Fondunun Qərb yarımkürəsində iqtisadi situasiya haqqında hesabatında deyilir.

“Biz Venesuelada 2018-ci ilin sonuna kimi inflyasiyanın bir milyon faizə qədər artmasını proqnozlaşdırırıq. Bu onu göstərir ki, Venesuelada 1923-cü ildə Almaniyada və ya 2000-ci illərin sonunda Zimbabvedə yaranmış vəziyyətə oxşar vəziyyət yaranacaq”, - sənəddə qeyd edilir.

Fond vurğulayır ki, Venesuela dərin iqtisadi və sosial böhrandadır. 2018-ci ildə ölkənin ümumi daxili məhsulun təxminən 18 faiz azalacağı gözlənilir.

“Ardıcıl üçüncü ildir ki, ölkədə ümumi daxili məhsulun azalması ikirəqəmli rəqəmlərlə ifadə edilir”, - Beynəlxalq Valyuta Fondu bildirib.

Fondun ekspertlərinin fikrincə, bu, neft hasilatının əhəmiyyətli dərəcədə düşməsi ilə bağlıdır.

Beynəlxalq Valyuta Fondunun aprel ayında açıqladığı hesabata görə, 2018-ci ildə Venesuelada inflyasiyanın səviyyəsi 13 min 865 faiz proqnozlaşdırırdı. Bu, dünyada inflyasiyanın ən yüksək göstəricisidir. İkinci yerdə Sudan gəlir. Bu ölkədə 2018-ci ildə inflyasiyanın səviyyəsi 43,5, 2019-cu ildə isə 39,5 faiz proqnozlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru