359 min əcnəbi tələbə və 46 min elm adamı; Almaniyanı seçən 10 ölkənin vətəndaşları

24-07-2018, 12:40           
359 min əcnəbi tələbə və 46 min elm adamı; Almaniyanı seçən 10 ölkənin vətəndaşları
Almaniyada təhsil alan əcnəbi tələbələrin sayında artış qeydə alınıb. AzEuroNews.com xəbər verir ki, bu barədə “Dünyaya açıq elm 2018” araşdırmasında qeyd olunub. Araşdırmada vurğulanb ki, Almaniya xarici universitet tələbələri və alimlər üçün cəlbedici bir ölkədir. Almaniyanın xaricdə təhsil alan tələbə sayı da yüksək olaraq qeyd edilib. Almaniya Akademik Mübadilə Xidməti (DAAD), Almaniya Universiteti və Elm Araşdırma Mərkəzi (DZHW) ilə birlikdə Federal Təhsil və Araşdırma Nazirliyinin (BMBF) hazırladığı “Dünyaya açıq elm 2018” hesabatına görə, 2017-ci ildə Almaniyayda təhsil alan əcnəbi tələbələrin sayı 359 min olaraq qeydə alılıb. Halbu ki, bu rəqəm 2020-ci ilə proqnozlaşdırılırmış. Almaniya universitetlərində araşdırma aparıb tədris prosesində iştirak edən əcnəbi elm adamlarının sayı 46 min olaraq qeydə alınıb. Hesabatda qeyd olunub ki, burda təhsil alan əcəbi tələbələrin 90 %-i Almaniyada məzun olmağı istəyir.

Almaniyada qonaqtələbə proqramları ilə oxuyan əcnəbilərin sayında da artış qeydə alınıb. Belə ki, 33.300 əcnəbi Avropa dəstək proqramı olan “Erasmus” ilə təhsil alır.

Almaniyada ən çox bu ölkələrdən gələnlər təhsil alırlar:

Çin 34,997 (13,2%)
Hindistan 15.308 (5.8%)
Rusiya 11.295 (4.3%)
Avstriya 10.575 (4%)
İtaliya 8.550 (3,2%)
Kamerun 7.425 (2.8%)
Fransa 7.335 (2.8%)
İran 7.123 (2,7%)
Ukrayna 7.000 (2.6%)
Türkiyə 6.953 (% 2,6)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.