Meksikada bu ilin ilk yarısına kimi 11 mindən çox sakin cinayətkar qruplar tərəfindən öldürülüb

25-07-2018, 03:50           
Meksikada bu ilin ilk yarısına kimi 11 mindən çox sakin cinayətkar qruplar tərəfindən öldürülüb
2018-ci ilin yanvarından iyununadək Meksikada mütəşəkkil cinayətkar qruplaşmalar tərəfindən ölkə ərazisində 11,2 min nəfərdən çox şəxs öldürülüb.

"Report" un TASS-a istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% çoxdur.

Sonuncu dəfə İctimai rəy, statistika və coğrafiya milli institutu tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, meksikalıların təxminən 75% -i ölkəsində özlərini rahat və təhlükəsiz hiss etmirlər. Qeyd edək ki, bu Latın Amerikası ölkəsində 127 milyondan çox insan yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru