ABŞ Ukrayna ordusuna 250 milyon dollar ayıracaq 25-07-2018, 06:46 Vaşinqton 2019-cu ildə Ukraynanın təhlükəsizlik sferasına 250 milyon dollar ayırmaq niyyətindədir.Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın ABŞ-dakı səfirliyinin Feysbuk səhifəsində bildirilib.Qeyd edilir ki, bu məbləğin 50 milyon dolları letal (ölümcül) silah növlərinin alınmasına xərclənəcək. Facebook-da paylaş