Həcc ziyarətində rüşvət qalmaqalı

21-09-2015, 10:11           
Həcc ziyarətində rüşvət qalmaqalı
Həcc ziyarətinə getmək istəyən vətəndaşlar ildən-ilə uzanan növbələrdən şikayətçidir. Təkcə bu deyil, Həcc ziyarəti ilə bağlı olan çoxlu rüşvət qalmaqalları bir çox ölkələrdə tez-tez gündəmə gəlir. Özbəkistanda da bu sahədə vəziyyət çox acınacaqlıdır. “Azadlıq” radiosunun Özbəkistan bürosu xəbər verir ki, 60 yaşlı Daşkənd sakini Şoira Sodikbekova 2007-ci ildə ziyarət üçün növbəyə dayandığını bildirib.
Ancaq onun növbəsi yaxınlaşmaqdansa, daha da uzaqlaşıb. Hazırda məhəllə siyahısında 148-ci yerdə olan qadın ömrünü gözləməklə başa vuracağından narahatdır. Onun sözlərinə görə, Həccə getməni tezləşdirmək üçün mütləq rüşvət verilməlidir: “Mən özüm bu yolla növbəyə dayanmadan Məkkəyə gedən adamlar tanıyıram. Bir qadın var, mən ona növbəyə yazılmağı məsləhət görmüşdüm. Bu söhbət 2 il əvvəl oldu və bu il həmin qadın ziyarətə getdi. Onun övladları yüksək post tutur və analarını növbəsiz ziyarətə göndərdilər. Mən rüşvət verib Həccə getmək istəmirəm, bu zaman ibadətim qəbul olmayacaq”.
Özbəkistan Din İşləri İdarəsinin sədr müavini şeyx Abduləziz Mənsur bildirib ki, ölkədə 10 min məhəllə var. Hər məhəllədən ildə bir nəfər ziyarətə göndərilir. Şoira Sodikbekova isə maraqlı sual verir: “Mən məhəllə siyahısında 148-ci yerdəyəm. Bu məntiqlə ancaq 148 il sonra Məkkəyə gedəcəyəm? Çünki deyirlər ki, hər məhəllədən ildə ancaq bir nəfər göndərilir”. (cebhe.info)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.