Rusiya altı aydan sonra parçalanacaq – İddia

21-09-2015, 11:04           
Rusiya altı aydan sonra parçalanacaq – İddia
Rusiya Suriyaya öz qoşunlarını göndərərək, bütün dünyaya özünün yerdə qalan hərbi gücünü nümayiş etdirməyə çalışır.

Axar.az xəbər verir ki, bunu ukraynalı politoloq Konstantin Matvienko Ukrayna mətbuatına müsahibəsində söyləyib. Onun sözlərinə görə, Rusiya Suriyadakı savaşda da uduzacaq:

“Əslində, bu dəqiqə əsil savaş Ukrayna uğrunda gedir. Putin dünyaya özünün yerdə qalan hərbi gücünü göstərməyə çalışır. Onun fikrincə, dünya artıq Kreml qarşısında diz çökməlidir. Əgər bu, Suriyada baş tutmasa, heç olmasa Ukraynada gerçəkləşməlidir. Biz başa düşürük ki, bu avantüradır. Sanksiyaların davam etməsi Rusiya iqtisadiyyatını diz çökdürüb. İmperiya anidən parçalanır. Bu baxımdan çox güman ki, Rusiyanın heç yarım ili də qalmayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.