İngilis general hərbi çevrilişlə hədələdi

21-09-2015, 18:53           
İngilis general hərbi çevrilişlə hədələdi
İngilis ordusunun bir generalı Korbinin baş nazir olacağı təqdirdə ordunun hərbi çevriliş edəcəyini söyləyib.

Avropa.info xəbər verir ki, baş nazir olacağı təqdirdə Böyük Britaniyanı Avropa Birliyi və NATO-dan çıxaracağını söyləyən Ceremi Korbi baş nazir Devid Kamerondan sonra ingilis ordusunun da hədəfinə çevrilib.

“The Sunday Times” qəzetinə açıqlama verən bir general Korbinin baş nazir olacağı təqdirdə ordunu kiçiltməsi və ya Böyük Britaniyanı NATO-dan çıxarmağa çalışması halında ordunun "ayaqlanacağını" söyləyib.

2020 seçkilərində baş nazir olmağı hədəfləyən Korbinin vədləri arasında ordunu kiçiltmək, Birləşmiş Krallığı NATO-nun tərkibindən çıxarmaq və soyuq müharibə dövründən bəri davam edən Trident nüvə proqramını ləğv etmək də var.

Baş nazir Devid Kameron da Korbinin İşçi Partiyasının lideri seçilməsindən sonra "İşçi Partiyası artıq milli təhlükəsizliyimiz üçün bir təhdiddir" deyə açıqlama vermişdi.Beləcə sosialist lider Korbi siyasi iqtidardan sonra ordudan da təhdid almış oldu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.