ABŞ İranla nüvə obyektləri barədə razılaşıb

22-09-2015, 10:19           
ABŞ İranla nüvə obyektləri barədə razılaşıb
Birləşmiş Ştatlar deyir ki, İranın BMT-nin nüvə agentliyi müfəttişləri ilə əməkdaşlıq etməsinin “əlamətləri” görünür.

Ağ Evin sözçüsü Josh Earnest sentyabrın 21-də danışıb. Ondan öncə BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi bildirib ki, İranın nüvə proqramının mümkün hərbi miqyasının təhqiqatı üzrə “ciddi irəliləyiş” əldə edib. Qurumun rəhbəri Yukiya Amano-nun sözlərinə görə, İran mübahisəli Parçin hərbi obyektindən götürülmüş ətraf mühit nümunələrini təqdim edib. İranın bu hərəkəti BAEA standartlarına uyğundur.

Toz nümunələrinin tərkibində nüvə elementlərinin olub-olmaması tədqiq olunacaq. Bu, Parçində yüksək-partlayıcı eksperimentlərin aparılıb-aparılmamasını üzə çıxara bilər.

Amano onu da deyib ki, dekabradək təhqiqatın bitməsi üçün “xeyli iş” qalır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.