Bəşər Əsədin arvadı xərçəngə tutuldu

9-08-2018, 09:02           
Bəşər Əsədin arvadı xərçəngə tutuldu
Suriya diktatoru, 2011-ci ildən bəri 600 minə yaxın suriyalının ölümünə, milyonlarla sakinin ölkədən qaçqın düşməsinə bais olan Bəşər Əsədin arvadı Əsma Əsəddə xərçəng xəstəliyi aşkarlanıb. Virtualaz.org xəbər verir ki, bu barədə Əsədi dəftərxanası məlumat yayıb. Bildirilir ki, Əsma Əsəd süd vəzisinin xərçəngi diaqnozu ilə Dəməşqdəki xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin xəstəliyi “erkən mərhələdə” aşkarladıqları bildirilir. Əsma Əsəd kimya terapiyası kursuna başlayıb və xəstəxanadan onu ziyarət etməyə gəlmiş əri ilə birgə fotosunu paylaşıb. Əsədin arvadı Tvitter-də bunları yazıb: “Mən elə xalqın nümayəndəsiyəm ki, dünyaya dayanıqlılıq, güc və çətinliklər qarşısında geri çəkilməmək dərsi verib. Və mənim qətiyyətim sizlərin ötən illərdəki qətiyyətinizdən və dayanıqlığınızdan qaynaqlanır”.

Əsma Əsədin 43 yaşı var, o Bəşər Əsədlə 2001-ci ildə evlənib. Əsəd ailəsinin üç uşağı-iki oğlu və bir qızı var. Əsma Əsəd Britaniyada anadan olub və orada təhsil alıb.

Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru