İnanılmaz razılıq: Kürdlər Dəməşqə güzəştə getdi

9-08-2018, 09:39           
İnanılmaz razılıq: Kürdlər Dəməşqə güzəştə getdi
Yaxın vaxtlara qədər Suriyadan ayrılmaq və müstəqilliyini elan etmək istəyən kürdlər artıq rəsmi Dəməşqlə fəal şəkildə münasibətlər qurmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "İzvestiya" qəzeti məlumat yayıb.

Qəzet kürdlərin geri dönüşünün səbəblərini araşdırıb. Qeyd edilir ki, DSQ-dan bir nəfər Dəməşqə səfər edərək suriyalı rəsmilərlə razılığa gəlib. Kürdlər böyük əhəmiyyətə malik bir sıra infrastruktur kompleksini Dəməşqin nəzarətinə verib. Hətta kürdlərin nəzarətində olan neft emalı stansiyaların da Dəməşqin təsir gücünün artırılması razılaşdırılıb.

Rusiya nəşri bildirir ki, qısa bir vaxtda kürdlərin suriyalı rəsmilərlə razılaşmalar əldə etməsi heç xəyal da edilə bilməzdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru