ABŞ ordusunda 71 il sonra yeni qoşun növü: Kosmik Qüvvələr 9-08-2018, 12:54 Kosmik Qüvvələr ABŞ ordusunun 6-cı komandanlığını təşkil edəcək. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Pentaqonun mətbuat xidməti yayıb. Bildirilib ki, ABŞ prezidenti Donald Trampın təklif etdiyi Kosmik Qüvvələrin yaradılması ilə bağlı rəsmi şəkildə qəbul edilib. Məlumata əsasən, vitse-prezident Mayk Pensin rəhbərliyi altında qurulacaq yeni qoşun növü ABŞ ordusu daxilində 6-cı komandanlıq olacaq. Qeyd edək ki, 1947-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin qurulmasından sonra bu, ordu daxilində formalaşdırılacaq ilk qoşun növüdür. Facebook-da paylaş