Maduroya sui-qəsdlə bağlı yeni məlumat

10-08-2018, 06:31           
Maduroya sui-qəsdlə bağlı yeni məlumat
Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsddə şübhəli bilinənlərin sayı 25-ə çatıb.

Axar.az xəbər verir ki, Venesuelanın daxili işlər naziri Nestor Reverol Tvitter səhifəsində şübhəli bilinən şəxslərdən 8-nin saxlanıldığını yazıb.

Bundan əvvəl hökumət orqanları sui-qəsddə 19 nəfərin şübhəli olduğunu bildirib.

Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodrigesin sözlərinə görə, Nikolas Maduroya sui-qəsd zamanı yeddi qvardiyaçı yaralanıb. Maduro sui-qəsdin təşkilində müxalifəti və Kolumbiya Prezidenti Xuan Maneul Santosu ittiham edib. Kolumbiyanın Xarici İşlər Nazirliyi bu hadisəyə bağlılığı təkzib edib. Venesuela ABŞ və Kolumbiya hökumətlərindən bu ölkələrin ərazisində olan şübhəli bilinənlərin ekstradisiyası barədə xahiş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru