“Apple” pasportlara alternativ təklif etdi

10-08-2018, 06:58           
“Apple” pasportlara alternativ təklif etdi
ABŞ-ın Patentlər və Ticarət Nişanları İdarəsi “Apple” şirkətinin “iPhone” vasitəsi ilə şəxsiyyətin eyniləşdirməsi texnologiyasına dair sifarişini qeydə alıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə “Apple Insider” portalı məlumat yayıb.

Sözügedən texnologiya pasport əvəzinə smartfondan istifadəni nəzərdə tutur.

Şirkət əməkdaşlarının fikrincə, hər kəsin şəxsi informasiyasına qeyri-qanuni çıxışın qarşısı “Touch ID” və “Face ID” biometrik vertifikasiya texnologiyası ilə alınacaq.

Konsepsiya bir çox sahələrdə – həm şirkətlər (məsələn, əməkdaşların buraxılış sistemində), həm də dövlətlər (pasport nəzarətində) tərəfindən istifadə edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru