Afrikanın öz “avro”su ola bilər

10-08-2018, 08:46           
Afrikanın öz “avro”su ola bilər

Misirin Mərkəzi Bankının sədri Tarik Əmir bəyan edib ki, Afrika ölkələri bütün qitə üçün vahid mərkəzi bank və valyuta yaradılması məsələsini nəzərdən keçirirlər.

Əmir vahid Afrika valyutasının yaradılması üçün ən azından 25 il tələb olunduğunu deyib. Afrikanın Mərkəzi banklar Assosiasiyası isə artıq müvafiq tənzimləyici qaydaların tərtibinə başlayıb.

Misirin Mərkəzi Bankının sədri qeyd edib ki, sözügedən planların həyata keçməsi üçün “Afrika dövlətləri liderlərinin razılığı və siyasi iradəsi, həmçinin müəyyən iqtisadi və maliyyə göstəricilərin əldə olunması tələb edilir”.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru