Tiqran Xzmalyan Putini vəhşi adlandırdı

20-04-2015, 01:10           
Tiqran Xzmalyan Putini vəhşi adlandırdı
“Putin vəhşidir və ermənilər onun marionetkalarına çevrilirlər”

“Ermənistan Təsis Parlamenti” Siyasi Hərakatının dünən İrəvanda keçirilən mitinqində çıxış edən tanımış erməni kinorejissoru və ictimai xadim Tiqran Xzmalyan çox emosional çıxış edib. Muxalifet.az xəbər verir ki, o, Rusiya prezidenti V.Putinin ünvanına təhqir ifadələri işlətməkdən belə çəkinməyib.

Tiqran Xzmalyan çıxışı zamanı bildirib: “Bizi məhv edirlər. Bu “soyqırım”dan da betərdir, bu “milli soyqırımdır”. Bizi bu günə Putinin marionetkaları salıb. Biz erməniləri yenidən qul etdilər, əllərində oyuncaq etdilər. Həqiqət budur ki, Putin vəhşidir və ermənilər onun marionetkalarına çevrilirlər. Biz azad olmasaq, müstəqilliyimizi belə itirəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru