Deputat güllələndi - Meyiti avtomobilin yanından tapıblar
23-09-2015, 17:00
Rusiyanın Tver əyalətinin qanunverici orqanının deputatı Nikolay Popov güllələnib.
Avropa.info xəbər verir ki, deputat Spas kəndindən aralı avtomobilinin yanında ölü halda tapılıb. Qətli deputatın professional fəaliyyəti ilə bağlayırlar.
Popob Tver əyalətindən 5 dəfə deputat seçilib. 1993-cü ildə Rusiya Dumasının üzvü olub. 1999-cu ildə qubernator seçkilərində iştirak edib.