Özünüzü zəngin hesab edəcəyiniz tək ölkə - 7 DOLLARA LÜKS OTAQLAR
11-08-2018, 22:48

Venesuelanın paytaxtı Karakas şəhərində sadəcə olaraq bir neçə dollarla özünüzü kral kimi hiss edə bilərsiz.
Burada günlük 7 dollarla lüks otaqda gecələyə, qidalana, əylənə bilərsiz. Burada insanlar çanta-çanta pulla gəzsələr də, kasıblıqdan əziyyət çəkirlər. Hər gün 1 dollar qazanmaq üçün bu ölkədə minlərlə cinayət hadisəsi baş verir. Paytaxt Karakasda lüks sayılan 5 ulduzlu hotellərin gecəlik qiyməti isə bu ölkənin əhalisi üçün kifayət qədər yüksək hesab edilsə də, turistlər üçün çox sərfəlidir. Belə ki, burada gecəlik qalmaq üçün 7-15 dollar civarında pul xərcləməli olacaqsız. 200 kvadratlıq və hər bir şəraiti olan bir otaq üçün bu qiymət kifayət qədər sərfəlidir. Buradakı hotellərdə hər bir xidmətdən istifadə etmək üçün kart vurmaq mütləqdir. Burada liftlər, otaqların qapısının açılması da kartladır.
Dünya petrol ehtiyatının 20 faizini özündə cəmləşdirən, illik 60 milyard dollardan artıq gəlir götürən Venesuelada milli pul vahidi olan Bolivar kifayət ədər dəyərsizdir. İnsanlar çanta-çanta pullarla marketə daxil olaraq sadəcə bir neçə ərzaq ala bilirlər. Əli dollarlı olan bir xarici isə onlar üçün varlı, milyarder biri hesab edilir. O səbəbdən də bu ölkədə turist kimi gəzmək həm də həyati təhlükə yaradır.