Macar jurnalistin badalaq gəldiyi qaçqın terrorçu imiş…

24-09-2015, 21:01           
Macar jurnalistin badalaq gəldiyi qaçqın terrorçu imiş…
Suriya kürdləri Macarıstan və Serbiya sərhədində operatorun badalağ gəldiyi və sonradan “Hetafe” klubunda iş alan suriyalı futbol məşqçisi Osame Abdul Möhseni terrorçu “Əl-Kaida” təşkilatının döyüşçisi olduğunu bildiriblər.

“Demokratik Birlik” kürd partiyasının nümayəndələri bəyan ediblər ki, Möhsen “Əl-Kaida”nın Suriya qanadına aid “Cəbhat ən-Nusra”nın yaraqıcısı olub.

Sübut kimi, onlar Möshenin ləğv edilmiş Facebook səhifəsindən terrorçu təşkilata mənsub olduğunu bildirən skrinşotları göstəriblər.

Suriyalıların sözlərinə görə, Möshen həmçinin 2004-cü ildə Əl-Qamışlı şəhərində iğtişaşların qarşısının alınmasında iştirak edib. Həmin hadisələrdə 50 nəfər ölmüşdür. oxu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.